Doğrudur ki, hər kəsin bitkilərə qulluq bacarıqları eyni olmur. Bəzi insanlar bu mövzuda çətinlik çəkərkən digərləri bu sahəyə daha meyillidir.
Bitkilərinizə qulluq etməyi unutmamaq, effektli qulluq etmək istəyirsinizsə, #planttok sizin üçündür. Facemark sizin üçün ən yaxşı məsləhətlər verən 3 TikTok hesabını təqdim edir:
Bitkisinə övladı kimi baxan, onların sağlamlığını haqqında ciddi maraqlanan insanlar üçün bu 3 hesab ən yaxşı məsləhətləri verməklə bərabər, çətinlik çəkilən mövzularda bələdçi olacaq.
Bitkilərinizi düzgün vaxtlarda suladığınızdan əmin olun: 1sneakypete
Sukkulent bitkilərinizi düzgün yetişdirmək üçün bu profili mütləq izləyin.
Övladlarınızı daha da gözəlləşdirin: gardenmarcus
“Marcus-un Bağı” adı ilə tanınan Marcus Bridgewater illərin bağbanları qədər motivasiyaedici, öyrədici kontent yaradıcısıdır. İzləyicilərə öz bağlarına necə qayğı göstərməli olduqlarından tutmuş, özlərinə və başqalarına da zərif yanaşmalı olduqlarını daim xatırladaraq pozitiv yayır.
Ölmüş bitkilərinizi həyata qaytarın: theplantprodigy
TikTok-da əkinçi prodigy olaraq tanınan Jacob Soule son nəfəslərini verən bitkilərin necə həyata qaytarıla biləcəyinə dair məsləhətlər verir. Eyni zamanda o, həyata qaytarılması mümkün olmayan bitkilər barədə də videolar çəkir. Digər hallarda, kök qurtarıla bilərsə, Soule izləyicilərinə digər mərhələlər barədə təlimat verir.
@theplantprodigy #stitch with @attercop hope this helps #plants #planttiktok #planttips #NightDoneRight #fypツ
♬ original sound - Jacob Soule
Mənbə: Mashable


