Keçən il sadəcə konsept kimi təqdim olunan CE 04 modeli artıq yalnız konsepsiya deyil.
Facemark “Review Geek”ə istinadən bildirir ki, BMW-nin elektrikli skuteri CE 04 2022-ci ildə satışa çıxacaq. Modelin görünüşü “Halo” oyununun tərzi və Cybertruck-ların sərt və kəskin stilistikasına bənzəyir.
BMW CE 04 elektrikli skuter kəskin kənarlar və panellərlə doludur. Gəzintiniz bitəndən sonra kaskanızı qoymağınız üçün xüsusi yer də mövcuddur.
BMW, 2.6 saniyədə 50 km/s sürətə (31 mil/saat) çata biləcəyini iddia edir. Model sürücülərə 31 kW (42 at gücündə) elektrik mühərriki sayəsində trafikdə sürətlə hərəkət etmək imkanı verir. Şirkət daha az gücə və yalnız 62 mil məsafəyə uyğun olan daha bir model təqdim edəcəyini bildirib.


