Onlayn kino platforması “Shondaland Media” ilə əməkdaşlığa başlayacaq.


Facemark bildirir ki, “Bridgerton” seriyasının uğurlarından sonra Netflix işlərini böyüdərək prodüser Şonda Rayms (Shonda Rhimes) ilə işləməyə başlayacaq. Anlaşmaya görə, tərəflər müqavilə imzalayacaqlar. “Grey’s Anatomy”nin prodüseri Rayms ilə olan tərəfdaşlıq çərçivəsində onun şəxsi şirkəti “Shondaland Media” Netflix ilə əməkdaşlığa başlayacaq.


Tərəfdaşlar yeni layihələr həyata keçirməyi planlaşdırırlar. Layihələrin, əsasən, kinematoqrafiya sahəsində olacağı qeyd edilsə də, Netflix oyunlara və VR-a olan marağını da qeyd edib.


Qeyd edək ki, Netflix “The Bridgertons” serialının 2-ci sezonunun çəkilişlərinə davam edir. Şirkət serialın 3 və 4-cü sezonunu da təsdiq edib.