“Starcom”un Birləşmiş Krallıq ofisi “Abacus” adlanan bot üzərində işləyir.
Facemark “Campaign”ə istinadən bildirir ki, botun adı “Avtomatik bot” sözünə uyğiun olaraq düzəldilib. Bot sayəsində siz yükləmələrinizi və kampaniyalarınızı planlaya biləcəksiniz.
Bot üzərində 6 aydır iş gedir. Botun köməyi ilə media plan üçün dataları təsdiq edə, rəqəmsal və press kampaniyalarını düzəldə və sifarişlərin büdcəsini, nömrəsini redaktə edə bilərsiniz. İşlərinizin məlumatları birbaşa olaraq qeydiyyatdan keçmiş agentliyin komandasına göndərilir.
Şirkət bildirir ki, əgər bot uğurlu olarsa, iş yükü 50%-dək azalacaq, işçilər tərəfindən yol verilən səhvlər tamamilə aradan qalxacaq və 600 iş saatı qədər işlər sürətlənəcək.
Eksperiment müvəffəqiyyətlə keçsə, “Abacus” digər “Publicis Media” agentliklərinə təqdim olunacaq.