Bu ilin ikinci rübündə dünya üzrə 45,2 milyon ədəd planşet tədarük edilib.


Facemark xarici mətbuata istinadən xəbər verir ki, “Strategy Analytics”in hesablamasına görə, bu, ötən ilin eyni dövrünün göstərici ilə müqayisədə 5% çoxdur.


Bazarın lideri II rübdə 15,8 milyon ədəd “iPad” tədarük edən “Apple” olub. Onun bazar payı 35% təşkil edib.


Bazarın 18%-nə sahib olan “Samsung” 8,2 milyon ədəd, 10%-lik “Lenovo” 4,7 milyon ədəd planşet tədarük edib.


İlk beşliyi müvafiq olaraq 4,2 və 2,1 milyon ədədlə “Amazon” və “Huawei” şirkətləri tamamlayır. Onlar bazarın 9% və 5%-nə sahibdirlər.