“Twitch” böyük, diqqət pozan reklamlardan fərqli olaraq, yeni reklam stili təqdim edib.
Facemark xarici mediaya istinadən xəbər verir ki, yeni format sayəsində reklamlar strimlərin aşağı hissəsində və ya ətrafında görünsə də, ümumi görüntünü görməyinizə maneə törətməyəcək.
Reklamlar 10 saniyə davam edəcək. Onları bağlamaq və ya kiçiltmək mümkün olmayacaq. Şirkət qeyd edir ki, bir saat ərzində maksimum 8 reklamın görüntülənməsinə icazə veriləcək. Tələblərin fərqli olması halında təkliflərin də dəyişə biləcəyi şirkətin açıqlamasında qeyd olunub.
