“Insider” tərəfindən təsdiqlənən daxili e-poçta əsasən, “Amazon” şirkəti işçilərini ofisə çağırmağı hələki təxirə salıb.
"COVID-19 ilə əlaqədar şərtləri yaxından izləməyə davam edərkən eyni zamanda ABŞ və ofislərimizin olduğu digər ölkələrdə işçilərimizin 7 sentyabr həftəsindən ofisə gəlməyini tələb etmişdik", - Facemark bildirir ki, bunu “Amazon”un insan resursları üzrə müdiri Bet Qaletti “Times”a bildirib, - indi bu tarixi 3 yanvar 2022-yə qədər uzadırıq”.
Şirkətin mətbuat xidməti “The Times”da paylaşılan məlumatları təsdiqləyib. Onlar bildirirlər ki, vaksinasiya olunmamış ofis işçiləri maskalardan istifadə etməyə məcburdur. Vaksin olunmuş işçilər isə maska taxmadan işləyə biləcəklər.
Qeyd edək ki, Tom Dotan tərəfindən “Insider”a verilən məlumata görə, “Uber” işçilərini ofisə qayıtmağa məcbur edib. Onlar vaksinasiya olunmalı və oktyabrda ofisə qayıtmalıdırlar.