Dünən internetə sızdırılan məlumatlarda “Google Nest”in yeni məhsulları istifadəçilərə təqdim edilib. Bu gün paylaşılan məlumatlar sızdırılmış məhsulların düzgünlüyünü təsdiqləyib.
Facemark xarici mediaya istinadən bildirir ki, ev təhlükəsizliyi məhsulları istehsal edən “Google Nest” şirkəti yeni təhlükəsizlik kameraları və qapı zəngləri istehsal edib.
Həmin 4 məhsul “Google Nest” kamera batereyası, qapı zəngi (180 dollar), işıqlı təhlükəsizlik kamerası (280 dollar) və adi təhlükəsizlik kamerasıdır (100 dollar).
İstifadəçilər bildirir ki, yeni Nest kameraları Pixar filmlərindən çıxmış obraza bənzəyir.
100 dollarlıq sadə təhlükəsizlik kamerası 2-ci nəsil şunurlu məhsuldur. Yalnız ev daxili üçün nəzərdə tutulub. 180 dollarlıq model isə batereya gücü və su keçirməzliyi ilə həm ev daxili, həm də evin çölündə istifadə olunar bilər.



