Bu ilin iyun ayında Çinin “Xiaomi” şirkəti smartfon satışlarına görə ilk dəfə Cənubi Koreyanın ”Samsung” şirkətini üstələyərək bazarın lideri olub.
Facemark xarici mediaya istinadən bildirir ki, ay ərzində smartfon tədarükünün 17,1%-i Çin şirkətinin payına düşüb. "Samsung" 15,7%-lik bazar payı ilə II, "Apple" isə 14,3%-lik bazar payı ilə III olub.
“Samsung”un geriləməsi Vyetnamda yaranan bazar vəziyyətinə görə təklifin məhdudlaşması ilə əlaqədardır. Belə ki, Cənubi Koreya şirkəti öz smartfonlarının böyük hissəsini bu ölkədə istehsal və tədarük edir.