Günümüzdə insanların təxminən 80%-i onlayn ünsiyyəti emojisiz təsəvvür edə bilmir. Bir çox marka müştəriləri ilə əlaqə qurmaq üçün emojilərdən istifadəyə başladı: emojilər müştəri ilə fərdi və daha məhsuldar ünsiyyət qurmağa imkan verir. Əsas olan doğru kanalları və mesajları seçməkdir. Sahibkar, marketoloq, Rəqəmsal Marketinq Akademiyasının rəhbəri Marqarita Baylinina emoji marketinqinin üstünlükləri və zəiflikləri haqqında “Sostav” saytına danışıb. Facemark həmin yazını təqdim edir.


Gülümsəmənizi paylaşın


Araşdırmalara görə, emojilərin istifadə dinamikası ildən-ilə artır. Həmsöhbətini lazımi şəkildə başa düşməyə kömək etdikləri üçün tez bir zamanda təbii bir ehtiyac halına gəldikləri məlumdur. Bəzi emojilər isə xüsusi populyarlıq qazanıb. Məsələn “Adobe” bildirdi ki, 2021-ci ildə istifadəçilər "gülən adam" emojisi istifadə edilən mesajlara daha tez baxırlar.


İfadələr sayəsində onlayn ünsiyyət ifadəli, "insani” olur, danışanları bir-birinə yaxınlaşdırır. Bir çox işlərin onlayna keçdiyi pandemiya dövründə isə bu proses daha da gücləndi. İşlər üçün emojilər düşündüyümüzdən daha böyük önəmə sahib olmağa başladılar - bu üsulla marka mesajları daha sürətli və pozitiv notada qəbul edilir.


Kiçik, amma kübar


Hər hansı marka, xüsusən, “Instagram”dadırsa, yalnız məlumat və məhsul satmır, eyni zamanda durumu araşdırır və problemlərə həll təqdim edir. Emojilər interaktiv ünsiyyətdə əsas məqam olan duyğuları əlavə edir. Bunun sayəsində əsas mesajın mənası güclənir və ünsiyyət yeni bir səviyyəyə keçir: fərdiləşir, müştərinin iştirakını artırır. Markalar emojilər sayəsində müştərilərin əhval və hisslərini idarə edə bilər.


İstifadəçilər emoji olan mətnə ​​daha çox cavab verirlər. Məsələn “Facebook”da emojilərin istifadə edildiyi yazılar, demək olar ki, 60% daha çox bəyənmə əldə edir, müştərilərin geri dönüşümü isə 9% artır. Orta hesabla onların istifadəsi bir istehlakçı ilə dialoqa başlamaq ehtimalını dörd dəfə artırır.


Ekspressiv emoji marketinqin xüsusiyyətləri


Emojilər, demək olar ki, bütün marka ünsiyyət kanallarında aktualdır: poçtlar, texniki dəstəklə söhbətlər, açılış səhifələri, vizit kartlar, saytlar. Emojilər dərhal kommunikasiyanı fərdiləşdirəcək, ünsiyyətdə doğru tonu təyin edəcək və mümkün mənfi cəhətləri yumşaldacaq. Amma burada da bəzi nüanslar var.


Xüsusi gülüş emojisi uyğun mövzuda mətnə ​​daxil edilərək onun effektivliyini əhəmiyyətli dərəcədə artırır. Məsələn qışda "günəş" emojisi tamaşaçıların diqqətini cəlb edə bilər. Qırmızı ürək emojisi (“Instagram” istifadəçilərinin ən çox istifadə etdiyi emoji) cavab nisbətlərini 6%-dən çox artırır.


Gülüşdən gülüşə fərq var!


Emoji seçim markanın tanıtımında digər hərəkətlər qədər ciddiyə alınmalıdır. Fərqli ölkələrdə eyni emojinin başqa məzmunda işlənə biləcəyini hesaba qatmaq və araşdırmaq lazımdır.


Bəzi ifadələrin fərqli cihazlarda dəstəklənə bilməyəcəyini xatırlamaq da vacibdir. Bəzi cihazlarda dəstəklənməyən yeni emojilər bəzi müştəriləriniz üçün sadəcək kvadrat şəklində görünə bilər. Bu isə kommunikasiyada boşluq yaranmasına səbəb ola bilər.


Xüsusi xidmətlərdən istifadə edərək ifadələr seçə və yoxlaya bilərsiniz. Ən məşhur və populyar “Emojipedia”dır. Burada hər bir ifadənin tarixinə və müxtəlif əməliyyat sistemlərində necə göründüyünə aid qısa giriş var.


Əhəmiyyətli bir xəbərdarlıq: yaşlı nəsillər ən çox emojilər sözün əsl mənasını bildirmək üçün, Z nəsli isə yaradıcı və seçici istifadə edir. Sadə bir nümunə kimi, "ağlayaraq gülən" emojinin istifadəsi bu nəsillər üçün fərqlidir. Gənclər bu emojidən istifadə etməyi sevmirlər. Onlar düşünürlər ki, bu emoji olduqca dəxlisiz və maraqsızdır, "bumerlər (yaşlı nəsil)" isə bu emofiyə tamamilə əks münasibət göstərirlər, bir çox mesajlarında rahatlıqla istifadə edirlər.