İlk dəfə 2020-ci ilin oktyabr ayında başlanıldığı bildirilən “Crunchyroll” saytının satışı başa çatıb.
Facemark xarici mediaya istinadən bildirir ki, “Sony” 1,175 milyard dollara başa gələn satışın sona çatdığını mətbuat konfransında bildirib. “Crunchyroll” 200-dən çox ölkədə 120 milyon istifadəçiyə sahibdir.
“Sony” şirkətinin anime dünyası ilə əlaqəsinin nə olduğu izləyicilər üçün naməlum qalsa da, şirkətin mətbuat xidməti bildirir ki, ən yaxın zamanda vahid anime abunəçiliyi yaradılacaq.