“Instagram” elektron ticarət istiqamətini inkişaf etdirməyə davam edir. Belə ki, sosial şəbəkə platforması özünün “Shop” bölməsində reklamları sınaqdan keçirəcək.


Facemark “TechCrunch”a istinadən bildirir ki, yeni format sayəsində həm fərdi postlar, həm də karusel postlar paylaşıla biləcək.


Bu bölmə Web versiyada mövcud olmadığı üçün reklamlar yalnız mobil cihazlarda görünəcək. İstifadəçilər qarşılarına çıxan reklamlar sayəsində bəyəndikləri məhsulları yadda saxlaya, dostları ilə bölüşə biləcəklər.


“Instagram Shop”, əvvəlcə, “Away”, “Donny Davy”, “Boo Oh”, “Clare paint”, “JNJ Gifts”, “DEUX” və “Fenty Beauty” daxil olmaqla ABŞ-ın seçilmiş şirkətləri tərəfindən sınaqdan keçiriləcək.


Qeyd edək ki, “Facebook” bu Instagram bölməsini keçən il təqdim edib.