Yaxın gələcəkdə təqdim ediləcək yeni nəsil iPhone 13 məhsulları video portret rejiminə sahib olacaq.


Facemark “Bloomberg”in hesabatına istinadən bildirir ki, bu “sinematik video” funksiyası bu ilki iPhone məhsullarının əsas üç xüsusiyyətindən biridir. Digərləri ProRes video çəkilişi və foto çəkilişlərə əlavə olunmuş yeni redaktə variantlarıdır.


Hesabatda yeni məhsulların təqdimat tarixi açıqlanmayıb. Lakin qeyd etmək lazımdır ki, “Apple” hər ilin sentyabrda təqdimat mərasimi keçirir (keçən il pandemiya şərtlərinə görə oktyabrda keçirilməyini istisna edirik). Təqdim ediləcək yeni məhsullar içində yeni MacBook Pro-lar, Apple Watch-lar, AirPods və iPad-lər var.