"Motorola" şirkəti "Android 2.3 Gingerbread" əməliyyat sistemi (ƏS) ilə işləyən stolüstü kompyuter təqdim edib. "HMC3260" modeli 1366×768 nöqtə təsvir ölçüsünə malik 18,5 düymlü sensor ekran, 1 QHs takt tezliyində işləyən "MX53 ARM Cortex A8" prosessoru, 1 QB əməli yaddaş və 4 QB daxili yaddaş ilə təchiz olunub. "Motorola HMC3260" monoblokunun tədarük dəstinə, həmçinin "siçan" və klaviatura daxildir. Yeniliyin satışa çıxarılma tarixi və qiyməti haqqında hələlik informasiya yoxdur.