“IHS iSuppli” tədqiqat şirkətinin hesablamasına görə, 2012-ci ildə planşetlərin satış həcmi 126,6 milyonu ötəcək. Tədqiqat şirkətindən verilən məlumata görə, 2011-ci ildə 82,1 milyon planşet satılmışdı. Beləliklə, 1 il ərzində bu bazarda artım 56 faiz təşkil edəcək.
"Planşetlər kompyuter bazarında əsas trendə çevrilir" – “IHS" şirkətinin analitiki Vanita Yakxanval bildirib. "9 düymlü planşet bazarında hazırda ‘iPad’ planşeti liderdir və 2012-ci ildə tədarüklərin böyük qismi onun payına düşəcək, lakin 7 düymlü ekranlı planşetlər bazarı daha sürətli inkişaf edəcək".