Məşhur iş adamı İlon Mask tərəfindən qurulan "SpaceX" ilk dəfə mülki şəxslərdən ibarət kosmik uçuş həyata keçirib.
Facemark xarici mediaya istinadən bildirir ki, dünya ətrafında 3 günlük səyahət etməyi hədəfləyən "SpaceX" raketi uğurla orbitə göndərilib.
"Inspiration4" adlı uçuş "Kennedy Kosmos Mərkəzi"ndən həyata keçirilib.
"Falcon 9" raketindən buraxılan "SpaceX" Dragon kapsulunun içərisində səyahət edən ekipaj 10 dəqiqə ərzində orbitə qalxıb.
Qeyd edək ki, ekipajı daşıyan kosmik gəminin Beynəlxalq Kosmik Stansiyadan (ISS) təxminən 150 kilometr yuxarıda və 575 kilometr yüksəkliyə çatacağı açıqlanıb.