Erin Frey və Leif Frey tərəfindən 2017-ci ildə geyimə qulluq təşəbbüsü olaraq qurulan “Frey” brendi ekoloji cəhətdən təmiz camaşır yuyucu kağızlarını təqdim edir.
Facemark xarici mənbəyə istinadən məlumat verir ki, bitki mənşəli, daha az karbon emissiyası olan, tərkibində plastik və su olmayan, maye camaşır yuyucu vasitələrlə eyni təmizləmə gücünə malik olan məhsulun tərkibində kimyəvi maddə yoxdur. Suda asanlıqla həll olunan kağız parçaları əsas inqrediyentlər kimi kokos, efir yağları və bioloji parçalana bilən materiallardan ibarətdir.
Qeyd edək ki, məhsulun özünün suda həll olması da plastik istehlakı və su israfını azaldır.