"Apple"ın ilk Koreya istehsalı olan "Dr. Brain" serialının ilk fraqmanı yayımlanıb.
Facemark xarici xəbərə istinadən məlumat verir ki, "Dr. Brain" adı ilə çıxacaq yeni "Apple TV+" istehsalı olan serial Cənubi Koreyada məşhur olan komiks əsasında hazırlanıb. Bu elmi-fantastik serialın ilk sezonu cəmi 6 seriyadan ibarət olacaq. Serialın ilk bölümü noyabrın 4-də "Apple TV+"da yayımlanacaq.
Serialın fraqmanını linkdən izləyə bilərsiniz.
Serialın baş qəhrəmanı Dr. Brain ölülərin xatirələrini axtarır. O, ailəsinin ölümünün sirrini açmaq istəyir. Dramın ssenari müəllifi, rejissoru və prodüseri Kim Jee-woondur.
Qeyd edək ki, serial "Bound Entertainment", "Kakao Entertainment", "StudioPlex" və "Dark Circle Studios" təşkilatçılığı ilə "Apple TV+" üçün çekilib.