Braziliyada yerləşən "Veja" ayaqqabı markası istehsal prosesində Amazon meşələrindəki təbii pambıq və rezin ağaclarının südündən istifadə edir.
Facemark xarici mənbəyə istinadən məlumat verir ki, iki yaxın dost, Sebastien Kopp və François-Ghislain Morillion tərəfindən qurulan ayaqqabı markası "Veja" moda ilə bağlı etik qayğıları və dəbli dizaynlı ayaqqabıları ilə kütlələrin heyranlığını qazanır. Brend orqanik pambıq istehsalçılarından alınan və Amazon meşəsindəki rezin ağaclarının südündən istehsal edilən ayaqqabı altlıqları ilə istehsalının hər addımında davamlılığa diqqət yetirir. Keçən ilin iyun ayında köhnəlmiş idman ayaqqabılarını təmir etdirərək onların təkrar istifadəsinə zəmin hazırlayan bir layihəyə başlayan brend sürətli istehlak əsrimizdə məhsullarının daha uzun müddət istifadə oluna bilməsini təmin etməyə çalışır.
Hazırda ayaqqabı istehsalında 75 faiz bioloji materiallardan istifadə edən "Veja" bu sürəti artırmaq üçün işlərini davam etdirir.
Daha ətraflı linkə daxil olaraq baxa bilərsiniz