ABŞ prezidenti Co Bayden çərşənbə axşamı iqtisadiyyat və inflyasiya ilə mübarizə mövzusunda çıxış edəcək.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, Bayden FED-ə rəhbərlik etmək üçün hazırkı sədr Jerome Powell və qubernator Lael Brainard arasında seçim edəcək. Ağ Ev Baydenin qərarını 25 Noyabr "Şükranlıq Günü" bayramından əvvəl açıqlayacağını bildirib.


Ağ Evin bəyanatında deyilir - "Prezident çərşənbə axşamı iqtisadiyyat və Amerika xalqı üçün qiymətlərin aşağı salınması ilə bağlı çıxış edəcək, bundan sonra o, birinci xanım Jill Baydenlə birlikdə "Şükranlıq Günü" bayramını keçirmək üçün Massaçusets ştatının Nantucket şəhərinə yola düşəcək".