“WhatsApp” fərdi və qrup söhbətlərində emojilərlə mesajlara reaksiya vermək funksiyası əlavə edib.
Facemark xarici xəbərə istinadən xəbər verir ki, hazırda yalnız "iOS" Beta versiyasında mövcud olan funksiya tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq.
Bir neçə ay əvvəl sınaqdan keçirilən bu xüsusiyyət tətbiqin "Apple" "iOS" sistemlərindəki Beta versiyasına əlavə edilib.
- İstifadəçilər mesaja 6 emojidən yalnız biri ilə bir dəfə reaksiya verə biləcəklər.
- İstifadəçilər həm fərdi, həm də qrup çatlarında emojilərlə mesajlara cavab verə biləcəklər.
- İstənilən qrupdakı mesajlara reaksiya verən insanlar hansı mesajın hansı emoji ilə olduğunu görə biləcəklər.
