Müasir dünyada audio reklamlar müştəriləri cəlb etmək üçün effektiv vasitəyə çevrilir.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, son araşdırmaya görə insanlar ekranlardan bezib. Böyük Britaniyada aparılan sorğuya əsasən cavab verən şəxslərin 66%-i bunu deyir.


2020-ci ildə media istehlakının formatı dəyişib. Belə ki, insanlar daha çox audio məzmuna qulaq asmağa üstünlük verirlər. Audio mesajlar uzunmüddətli yaddaşa cavabdeh olan beyin bölgələrini stimullaşdırır və onlayn audio reklamlar TV və videodan daha yaxşı yadda qalır.


İnsanlar cihaz əllərində olmadıqda tez-tez audio məzmuna müraciət edirlər. Bu səbəbdən audioreklam ənənəvi olaraq brend və onun "USP"si haqqında bilikləri artıra və satın alma ehtimalını artıra bilən vasitə kimi qəbul edilir.