"OpenBike" velosiped layihəsi hər kəsə 3D çap imkanlarından istifadə edərək öz velosipedini düzəltmək imkanını təklif edir.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, Arquimaña tərəfindən hazırlanan "OpenBike" açıq mənbəli velosiped layihəsidir. Bu velosiped yarı taxta gövdədən ibarətdir. Velosipedi özünüz quraşdıra və zövqünüzə uyğunlaşdıra bilərsiniz. Dizaynerlərin sözlərinə görə, bu layihə dizaynda müstəqillik və statik dizayndan qaçınmaq fəlsəfəsinə uyğun olaraq yaradılıb.


"OpenBike" müasir rəqəmsal sənətkarlıq ideyası ilə qurulub. Rəqəmsal olaraq hazırlanmış taxta velosiped çərçivəsi bu layihədə ənənəvi təkərlər və pedallar ilə bir araya gəlir.


Özü üçün velosiped düzəltmək istəyən hər kəs sənədləri buradan yükləyərək öz velosipedini düzəltməyə başlaya bilər.