Trilyon dollarlıq şirkətlər siyahısında "Apple"dan sonra "Microsoft", "Alphabet", "Amazon" və "Tesla" gəlir.
Facemark xarici xəbərə istinadən xəbər verir ki, bazar ertəsi səhm qiyməti 181,75 dollara yüksələn və daha sonra 2% enişlə 175,74 dollara enən "Apple", 3 trilyon dollarlıq bazar dəyəri ilə dünyanın ilk şirkəti olmağa çox yaxındır. Səhm qiyməti 182,85 dollara çatarsa "Apple" bu adı alacaq.
Təkcə bu il səhm qiyməti 35%-dən çox artan şirkət, 2018-ci ilin avqustunda 1 trilyon dollara, 2020-ci ilin avqustunda isə 2 trilyon dollara çatıb.
Trilyon dolları keçən şirkətlər siyahısına nəzər yetirdikdə "Apple" dan sonra 2,6 trilyon dollar bazar dəyəri ilə "Microsoft", 2 trilyon dollara yaxın "Google", 1,7 trilyon dollarla "Amazon" və 1 trilyon dollarla "Tesla" şirkətini görürük.