Adolf və Rudolf Dassler tarixin ən böyük iki idman ayaqqabısı markasını yaradıblar.


Alman qardaşları Adolf və Rudolf Dasslerin davası nəticəsində iki dünya brendi yaranıb.




Kiçik bir şəhərdə çəkməçi işləyən atanın övladları atalarının ölümündən sonra biznesi birlikdə davam etdirirlər. Biri getmək istəyir, təkbaşına təzə dükan açacağını deyir, o biri isə “bu kiçik qəsəbədə iki dükan çoxdur, ikimiz də müflis olacağıq” deyir. Aralarında yaranan şəxsi rəqabət sonradan iki qardaşı dünya brendinə çevirdi: "Adidas" və "Puma". Bu markalarının yaranması 1924-cü ildə alman qardaşları Adolf və Rudolf Dassler idman ayaqqabıları istehsal etmək üçün "Gebrüder Dassler OHG" şirkətini qurduqları zaman başlayır.


Qardaşların analarının camaşırxanasında qurduqları ayaqqabı şirkəti əsasən atletizmlə məşğul olan idmançılara xitab edən keyfiyyətli məhsullar istehsal edirdi.


Bir gün Adi və Rudi tarixi bir addım atır. Bu addım qardaşların Amerikalı atlet Jesse Owensi 1936 – cı ildə keçiriləcək olan Berlin Olimpiya Oyunlarında öz istehsal etdikləri ayaqqabıları geyinməsi üçün razı salmaqları idi. Jesse Owens olimpiadalarda möhtəşəm bir performans göstərdi və Dassler qardaşların ayaqqabılarını geyinərkən 4 ədəd qızıl medal qazandı. Bu uğurun nəticəsində qardaşlar böyük şöhrət qazanmış oldular.


Hitler 1933-cü ildə rəhbər seçiləndə hər iki qardaş da Nasist partiyasına üzv olurlar, hətta Adi ordunun əsgərləri üçün çəkmə istehsalına da kömək edir.


Qardaşlar arasındakı anlaşmazlıq elə bir nöqtəyə çatmışdı ki, müharibədən sonra Amerikalı istintaq rəsmilərinin yaydığı hesabatda, Rudini qardaşı Adinın şikayət etdiyi məlum olur. Rudi müharibə düşərgəsinə göndərilərkən, Adi işi yenidən qurmağa başlayır.



1948 – ci ildə Dassler qardaşlar yollarını tamamilə ayırmağa qərar verirlər və Aurach çayının iki tərəfində öz zavodlarını qururlar.



Adi Dassler öz adına uyğun olaraq “Adidas” firmasını, böyük qardaşı Rudi Dassler isə “Puma” firmasını təsis edir.


Rudi 1974 – cü ildə, Adi isə 1978 – ci ildə dünyasını dəyişir. Ancaq nə qədər inanılmaz səslənsə də, iki qardaş vəfat etdikdən sonra belə bu düşmənçilik davam edir və iki qardaş eyni qəbiristanlıqda amma bir-birindən mümkün qədər uzaq iki yerə basdırılır.


2009 – cu ildə iki şirkətin rəhbərləri 21 Sentyabr - "Beynəlxalq Sülh Günü" münasibətilə işçilərinin qatılacağı dostluq görüşü təşkil edirlər. Nəticədə bu matçla birlikdə 61 illik düşmənçiliyə son qoyulur.