Uber 2022-ci ildə ABŞ-da pilotsuz çatdırılmaya başlayacaq.
Facemark xarici xəbərə istinadən xəbər verir ki, xidmətin partnyoru ''Motional'' şirkətidir.
Proqram Kaliforniyanın Santa Monika şəhərində sınaqdan keçiriləcək. Şirkətlər orada neçə pilotsuz maşının iştirak edəcəyi barədə məlumat verməsələr də, avtomobillərdə sürücü-nəzarətçinin olacağını bildiriblər.
“Müştərilərimiz və partnyorlarımız Uber-dən rahatlıq, etibarlılıq və innovasiya gözləyir və bu əməkdaşlıq bu gözləntiləri qarşılamaq və üstələmək üçün böyük imkan yaradır” deyə Uber Eats ABŞ və Kanadanın vitse-prezidenti Sarfraz Maredia bildirib.
Qeyd edək ki, bu il şirkət “Uber Balance” çatdırılma skuterini təqdim edib, 2023-cü ildə Rusiyanın “Arrival” startapı ilə birgə elektrik avtomobilləri istehsal etməyi planlaşdırır, həmçinin "Serve Robotics" kuryer robotlarının istehsalı üçün ayrıca bölmə yaradıb.