"Chanel" moda evinin yeni baş direktoru vəzifəsinə Leena Nairi təyin edilib.
Facemark xarici xəbərə istinadən xəbər verir ki, 52 yaşlı Leena Nair moda evinin baş direktoru vəzifəsini icra edəcək və "Chanel"in həmsahibi Alain Wertheimeri əvəz edəcək.
Hindistan əsilli Britaniya vətəndaşı olan Nair "Unilever"də 30 ilini müxtəlif vəzifələrdə keçirmiş və ən son olaraq insan resursları departamentinin rəhbəri olmuşdur.