''Mall of Emirates'' iqlim dəyişikliyinin səbəb olduğu meşə yanğınlarına diqqət çəkən kampaniya nümayiş etdirib.


Facemark xarici xəbərə istinadən xəbər verir ki, iqlim dəyişikliyinin sürətlənməsi ilə son illər dünyanın demək olar ki, bütün yerlərində meşə yanğınlarında ciddi artım müşahidə olunur. Mall of Emirates şam ağacı vasitəsilə bu vəziyyətə diqqət çəkir.


Mesajı çatdırmaq üçün tamamilə LED işıqlarından hazırlanmış 100 faiz karbon neytral şam ağacı yaradılıb. Hər şey sadə görünsə də, insanlar ağacın işıq əvəzinə alovla örtüldüyünü dərk etdikdən sonra ssenari tamamilə dəyişib.


Videonu buradan izləyə bilərsiniz.