Bu il dünyada dəyəri 1 mlrd. ABŞ dollardan çox olan və birjada ticarət əməliyyatları aparılmayan startapların sayı 80% artaraq 1 058 şirkət təşkil edib.
Facemark.az "APA-Economics"a istinadən xəbər verir ki, bu barədə Hurun Elmi-Tədqiqat İnstitutun (Hurun Research Institute) hesabatında deyilir.
"Global Unicorn Index 2021"in reytinqində isə bildirilir ki, onların sayına görə birinci yeri 487 şirkətlə ABŞ, ikinci yeri isə Çin (301 şirkət) tutur. İl ərzində bu şirkətlərin sayı 74 vahid artıb.
Üçüncü yerdə Böyük Britaniyanı bu mövqedən kənarlaşdıran 54 startapla Hindistan qərarlaşıb.
"Sinhua" agentliyinin məlumatına görə, "TikTok" video platformasının və onun "Douyin" Çin versiyasının ana şirkəti olan Çin texnoloji nəhəngi "Bytedance"in dəyəri bu il 2,3 trln. yuana (təxminən 350 mlrd. dollar) yüksəldiyi üçün dünyanın ən böyük startapı hesab olunur.