Alman avtomobil nəhəngi "BMW" satışlarını artıraraq rekord qırıb.
Facemark xarici xəbərə istinadən xəbər verir ki, dünyaya təsir edən koronavirus pandemiyası ilə bütün sektorlarda istehsal yavaşlasa da, "BMW" rekord satış rəqəminə çatıb. Şirkət 2021-ci ildə 2,2 milyondan çox avtomobil satdığını, bir çox avtomobil fabriki isə müvəqqəti olaraq istehsalını dayandırdığını açıqlayıb.
"BMW" markası üzrə satışlar ilk dəfə olaraq 2,2 milyonu ötüb. "BMW" 2021-ci ildə qlobal premium avtomobil seqmentində birinci yeri tutub", - bu sözləri şirkət əməkdaşı açıqlamasında bildirib.
Qeyd edək ki, şirkət gələn həftə 2022-ci il üçün ümumi satış rəqəmlərini açıqlayacaq.