Yaponiyada bank kartı ilə deyil, ovuc vasitəsilə işləyən birinci bankomatlar fəaliyyətə başlayıb. Bu barədə "Ogaki Kyoritsu” bankının dərc edilmiş bəyanatında bildirilib.
“Nağd pul çıxartmaq və ya hesaba pul daxil etmək üçün hesab sahibi sadəcə ovcunu “oxuyan” qurğuya qoymalı, doğum tarixini və pin-kodu daxil etməlidir. Bunun üçün banka biometrik məlumatlar haqqında əvvəlcədən bildirmək lazımdır. "Ogaki Kyoritsu” bankının nümayəndələri iddia edirlər ki, belə aparatlar təbii fəlakətlər zamanı faydalı olacaq, çünki insan fövqəladə vəziyyətdə pulsuz və sənədsiz qala bilər. Bundan əlavə, yeni sistem müştərinin puluna icazəsiz müraciət hallarını aradan qaldırmaqda yardımçı olacaq