''Tesla'' şirkətinin rəhbəri və dünyanın ən zəngin adamı İlon Mask, ''App Store'' və ''Google Play'' ilə rəqabət apara biləcək öz proqram mağazasını yaradır.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, ''Tesla'' avtomobil sahibləri proqramları İlon Maskın proqramlar mağazası vasitəsilə bort kompüterlərinə endirəcəklər. Tesla öz proqram mağazası üzərində fəal işləyir. ''Tesla'' investoru Sawyer Merritt artıq mağazanın ''App Store''a bənzər olacağını bildirmişdi.


Qeyd edək ki, İlon Mask 2022-ci ilin şirkəti üçün "proqram təminatı" ili olacağını demişdi.