''Amazon'' 2021-ci ildə məhsul və xidmətlərin reklamı üçün 16,9 milyard dollar xərcləyib. GroupM-in məlumat analitikasının prezidenti Brian Bizerin sözlərinə görə, bu, onlayn pərakəndə satıcını tarixin ən böyük reklam verəni edir.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2019-cu ildə ''Amazon''un reklam xərcləri 11 milyard dollar, 2020-ci ildə isə 10,9 milyard dollar olub.
Bizer qeyd edir ki, şirkət büdcələri arasında dəqiq müqayisələr çətindir, çünki müəssisələr maliyyə hesabatlarında məhdud açıqlamalar verirlər və reklam xərclərinin tərifi çox vaxt qeyri-müəyyən olur.
''Amazon''un marketinq tapşırıqlarının əhəmiyyətli bir hissəsi şirkət daxilində həyata keçirilir. İnternet nəhənginin xarici tərəfdaşları arasında ''Droga5'', ''Joint'' və ''Lucky Generals'' kreativ agentlikləri var.