Apple kompaniyası iPhone 5-ə həsr olunmuş roliklərin birində rəqibi Samsung-a güldü.


Reklam videosunda yeni iPhone displeyinin əlin baş barmağı ilə bir ucundan digərinə çatdığı dərəcədə uzaldılması nümayiş olunur. Bu reklam "inanılmaz təsadüfü" deyil, "sağlam mənada nümayişi" göstərir.


Portal AdAge-də bildirilir ki, Samsung şirkəti öz reklam roliklərində tez-tez böyük ekranların faydasını vurğuladına görə, bu reklam onlar üçün "incə istehza" hesab olunmur. Samsung-un bəzi smartfonları ölçülərdə iPhone telefonlarını üstələyir.


Bu videodan əlavə Apple “yeni iPhone”-un üç reklam çarxını təqdim edib. Çarxların birində yeni məhsulun qalınlığı, digərində panarama foto çəkilişin funksiyaları və EarPod-un insan qulağına uyğun olan qulaqcığları haqqında məlumat verilir. The Droid Guy bildirir ki, bütün reklam roliklərini “The Newsroom” serialından olan aktyor Cef Daniyels səsləndirib .


Samsung şirkəti reklamlarında Apple şirkəti ilə dəfələrlə zarafat edib. Sentyabr ayında Samsung smartphone Galaxy S III-ün və yeni iPhone-un xüsusiyyətlərini müqayisə edən "dahi olmağa ehtiyac yoxdur" şüarı altında reklam çarxı buraxmışdır. Şüarın özü Apple marketinq strategiyasına, yəni "dahilərə" (öz ixtisaslı mağazalarında məsləhətçilərə deyilir) aiddir. Əvvəllər Samsung şirkəti Apple mağazaları qarşısında yeni məhsula olan saat növbələrini öz roliklərində əks etdirirdi.