Amerika kosmik gəmisi və raket istehsalçısı "SpaceX"in qurucusu İlon Mask Ukraynada istifadə üçün peyk internet sistemi layihəsi olan "Starlink"i istifadə üçün aktivləşdirdiyini açıqlayıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Ukranya Rəqəmsal Transformasiya Naziri Mixaylo Fedorov rəsmi Twitter hesabında Maskı işarələyərək yazı paylaşıb.


"Siz Marsı müstəmləkə etməyə çalışarkən, Rusiya Ukraynanı işğal etməyə çalışır! Raketləriniz kosmosdan yerə uğurla enərkən, Rusiya raketləri Ukrayna vətəndaşlarının üzərinə enir! Starlink stansiyalarınızı Ukraynaya təqdim etməyinizi istəyirik."


Fedorovun paylaşımına cavab olaraq Mask, "Starlink xidməti hazırda Ukraynada aktivdir." cavabını verib.