Bazar ertəsi səhər saatlarına olan məlumata görə, "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin nazirləri Rusiyanın Ukraynada hərbi əməliyyata başlamasından sonra neft bazarında artan volatilliyə dair ayrıca məsləhətləşmələr aparmayıblar.


Facemark.az "APA-Economics"ə istinadən xəbər verir.


Agentliyin həmsöhbətləri bildirirlər ki, eyni zamanda, OPEC katibliyi vəziyyətin monitorinqini gücləndirib.


"Bu məsələ ilə bağlı ayrıca məsləhətləşmələr aparılmayıb. Vəziyyəti izləyirik", - mənbələrdən biri deyib. O, əlavə edib ki, "OPEC+" baş verənləri diqqətlə izləyir, lakin hələlik hər şeyin tez bitəcəyinə ümid edir.


TASS-ın digər həmsöhbəti vəziyyətin ayrı-ayrı xüsusi sessiyalar çərçivəsində təhlilinin OPEC katibliyi səviyyəsində aparıldığını təsdiqləyib. Sonra bütün məlumatlar razılaşmada iştirak edən ölkələrinin nazirlərinə təqdim edilib.