Dünyanın ən məşhur serial və film platforması ''Netflix'', Ukraynanı işğal edən Rusiyada xidmətlərini dayandırdığını açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, əslində ''Netflix'' Rusiya bazarında kifayət qədər yeni bir şirkətdir. Rusiyada 2016-cı ildə yayıma başlayan ''Netflix''in illik orta istifadəçi sayı 1 milyonu keçmir. Şirkət həmçinin Rusiyanın Milli Media Qrupu ilə əməkdaşlıq edir. Ancaq yenə də Rusiya ''Netflix''in öz ölkəsindən çəkilməsinə mane ola bilmədi.
''Netflix'' mətbuat sözçüsünün verdiyi açıqlamada "Hadisələrə uyğun olaraq Rusiyadakı xidmətimizi dayandırmağa qərar verdik" deyərək məlumatı rəsmiləşdirib.