İnternet nəhəngi ''Google'' bu addımı ilə McLaren Formula 1 komandasına sponsorluq etdiyini açıqlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, şirkət həmçinin başqa bir e-komanda ilə sponsorluq müqaviləsi bağlayıb. Məlumata görə, McLaren şirkəti yeni sponsorlar və tərəfdaşlar qəbul edib. Müqaviləyə əsasən, ''Chrome'' loqosunun rəngləri 2022 Formula 1 avtomobillərində üstünlük verilən xüsusi təkər örtüklərində də görünəcək. McLaren komandasının pilotları Lando Norris və Daniel Ricciardonun geyinəcəyi geyimlərlərdə ''Google'un öz brendi də olacaq.
Onu da qeyd edək ki, bu sponsorluq McLaren Formula 1 komandası üçün xüsusilə vacibdir.
