"Twitter" platformasından Maskın çox aktiv istifadə etdiyi məlumdur.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, İlon Mask "Twitter"in səhmdarına çevrilib. Yayımlanan 13G faylındakı məlumata görə, Mask "Twitter" sosial media platformasının 9,2 faizini satın alıb.


İlon Maskın "Twitter"in səhmdarı olduğu üzə çıxandan sonra "Twitter"in səhmlərində 25 faiz əhəmiyyətli artım olub. Onu da əlavə edək ki, İlon Maskın "Twitter" profili 80 milyon izləyicisi ilə platformanın ən çox izlənən profildir.