"Google"dan ofisə qayıdan işçilərə pulsuz elektrik skuter xidməti göstərəcək. Covid-19 pandemiyası səbəbindən şirkətlərin əksəriyyəti ofislərini bağlayaraq evdən işləmə modelinə keçmişdi.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "Google" e-skuter istehsalçısı Unagi ilə birlikdə “Ride Scoot” adlı yeni proqramı işə salacaq. Unagi "Model One"ı "Google" işçiləri üçün əlçatan edəcək. 25 kilometrdən çox məsafə qət edən skuterin iki mühərriki var.
Qeyd edək ki, "Google" bu xidməti bəzi işçilərinə pulsuz təklif edəcək. Aylıq abunə sistemi əsasında qurulacaq xidmətin qiyməti 44,10 dollar təşkil edəcək.