“Google” bildirib ki, “YouTube” bundan sonra axtarış nəticələrində çarxların “nüfuz”unu kliklərin sayına görə deyil, baxış müddətinə görə hesablayacaq. ''YouTube''-un yeni prinsipi sadədir: videoya baxış müddəti nə qədər çoxdursa, həmin videoaxtarış nəticələrində daha yuxarıda yer alacaq. Beləliklə, artıq axtarış nəticələrində ilk mövqelərdə daha çox klik edilən videolar deyil, baxış müddəti daha çox olan videolar yer alacaq.