“Mobiado” şirkəti bir neçə il bundan əvvəl mərmər parçasından hazırlanmış “CPT001” telefonun konseptini təqdim etmişdi. Lakin konseptin reallaşacağına ümid az idi. Bununla belə şirkətdən verilən məlumata əsasən, aparat, demək olar ki, hazırdır və tezliklə satışa çıxarılacaq.
Çox yəqin ki, istehsalçılar mərmər parçasından imtina ediblər və hazırda hansısa hibrid daş material haqqında bildiriblər. “Mobiado” şirkəti hazır modeli təqdim etməyib, lakin ehtiyat hissələri, quraşdırma üçün alətlər və aparatın korpusunun bir hissəsinin fotosunu dərc ediblər.


