2013-cü ilin yazında idmanla məşğul olan insanlar üçün nəzərdə tutulmuş yeni “Amiigo” su keçirməyən qolbağı satışa çıxarılacaq. Qolbaq məşqlərdə orqanizmin vəziyyətinə nəzarət edəcək, sərf edilmiş kalorini hesablayacaq. İstehsalçılar yeni qolbağın mövcud analoqlarını üstələdiyini qeyd edib.
“Amiigo” qolbağı bir sıra datçik, sensor və eyni adlı mobil tətbiq vasitəsilə insanın məhz hansı məşqləri etdiyini və həmin məşqlərin onda nə qədər yaxşı alındığını müəyyən etməyə “qadirdir”. Komplektə, həmçinin qaçış zamanı sürəti, addımların tezliyini və digər göstəriciləri izləməyə imkan verən xüsusi datçik-klips daxildir.