Kişida Fumio hökuməti, Covid-19 hadisələrinin sayının az olduğu ölkə daxilində 11 oktyabr tarixindən etibarən yeni qərarlar tətbiq edib. Bu istiqamətdə gündəlik 50 min sərnişin limiti və xarici turistlərin Yaponiyaya fərdi səyahət qadağası qaldırılıb.
Facemark.az xarici mənbyə istinadən xəbər verir ki, Yaponiyanın vizadan azad proqrama malik olduğu 70-ə yaxın ölkədən gələn xarici turistlər Yaponiyaya plansız və müşayiətsiz daxil ola biləcəklər. Səyahətdən 72 saat əvvəl 3 doza peyvənd və ya mənfi test nəticəsi göstərənlər yeni Covid-19 testinə və sərhəd girişində karantinə məruz qalmayacaqlar.
Digər tərəfdən, mərkəzi hökumət ölkənin daxili turizmini canlandırmaq üçün həyata keçiriləcək "Milli Səyahət Endirimi" proqramını işə salıb. Proqram çərçivəsində 7 gecəlik ölkədaxili səyahət üçün adambaşına gecəlik 11.000 yen (76 dollar) qədər subsidiya təklif olunacaq. Paytaxt Tokio oktyabrın 20-də proqrama daxil ediləcək.