"BeReal"ın gündəlik aktiv istifadəçilərinin sayı 20 milyona çatıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, istər sosial media istifadəçilərinin, istərsə də "TikTok "və "Instagram" kimi sosial media nəhənglərinin diqqətini çəkən "BeReal"ın 60 milyon dollarlıq sərmayə alması da söz-söhbətlər arasındadır.


Populyarlığı ilə "TikTok", "Instagram" və "Snapchat" kimi sosial media nəhənglərinin diqqətini çəkən və hətta bu şirkətlər tərəfindən klonlanan "BeReal"-ın bu ilin əvvəlində keçirilən Series B investisiya turunda 60 milyon dollar investisiya aldığı bildirilir. "TechCrunch"-ın paylaşdığı bu məlumata görə," BeReal"-ın bazar dəyəri 600 milyon avroya (təxminən 587 milyon dollar) çatıb.


Bundan əlavə, iyul ayında 7,9 milyon olan tətbiqin gündəlik aktiv istifadəçilərinin sayı 20 milyonu keçib.


2019-cu ildə Alexis Barreyat və keçmiş GoPro işçisi Kévin Perreau tərəfindən qurulan Parisdə yerləşən şirkət "TikTok", "Instagram"və "Snapchat" kimi sosial media nəhənglərinin diqqətini çəkdi; TikTok "BeReal"-ı "TikTok Now" və "Instagram"-ı "IG Candid" kimi klonlaşdırdı. "Snap" isə “İkili kamera” funksiyasını Snapchat-a inteqrasiya edib.


BeReal bu yaxınlarda 50 milyon yükləməni keçib. Populyarlığı artan bu təcrübə Saturday Night Live (SNL) yumor proqramında da eskiz mövzusu olub.