"PepsiCo"nun baş direktoru Ece Aksel Mərkəzi Avropa üzrə baş menecer təyin edilib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Ece Aksel, 2019-cu ildə "PepsiCo"nun baş direktoru vəzifəsinə təyin olunduğu gündən, qlobal iqtisadi və maliyyə dalğalanmalarına, xüsusilə qlobal epidemiya prosesinə baxmayaraq, "PepsiCo" Türkiyəni ən yaxşı şəkildə idarə etmiş və uğurlu işlərə imza atmışdır. Uğurlu karyerası olan Aksel 18 il əvvəl "PepsiCo"ya qoşulmuş, burada Türkiyə və Mərkəzi Avropa üzrə Marketinq üzrə Baş Direktor, Türkiyə Ticarət Funksiyaları üzrə Baş Direktor, Türkiyə Qida Baş Meneceri və daha sonra Şərqi Avropa Qida Kateqoriyasının Baş Vitse-Prezidenti vəzifələrində çalışmışdır. Son 3 ildə Türkiyə Baş Meneceri vəzifəsini üzərinə götürən Aksel, fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərlə gündəmə gələn "PepsiCo"nun önəmli liderlərindən biridir. Bundan əlavə, Aksel "PepsiCo"ya qoşulmazdan əvvəl "P&G"də 12 il ABŞ, Türkiyə ölkələrində çətin vəzifələr icra edib.