Microsoft şirkəti yeni hibrid planşeti olan Surface-in irəliləyişi üçün partizan və tizer reklamlarını, həmçinin İnternet və TV-çarxlarını ehtiva edən böyük miqyaslı bir kampaniya buraxdı.
Yeni planşetin reklam videosu Nokia Lumia çarxları kimi parlaq və rəngarəngdir və Asus reklamları kimi hərarətlidir. Rəqs-musiqi əfsanəvi teatr mənzərəsi tamaşaçılara sevinc və pozitiv əhval-ruhiyyə bəxş edir. Bütün rəqqasələr (uşaqlardan, pensionerlərə qədər) ritmlə "kliklərə" uyğun planşetin ekranıyla touch-üzlüyün birləşilməsində yaranan yumşaq səslə fəal hərəkət etməyə başlayırlar.
Bu çarx vasitəsilə biz Microsoft Surface-ın nədən hazırlandığını öyrənə bilməsəkdə, onunla işin rahatlığını görəcəyik və proqram nəhəngi üfüqlərini genişləndiyini biləcəyik. Bu video çarx 2 gün ərzində 700 000-dən çox izlənib. Bəs sizcə bu yaxşı başlanğıc deyil ?
Planşetin texniki xarakteristikalarından danışmaq üçün daha çox nümayişə oxşar digər bir video çarx da çəkilmişdir. 1,5 dəqiqə ərzində diktora yeni devaysın bütün əsas xüsusiyyətlərindən müvəffəqiyyətlə danışır. Təsvirdə qeyd edilir ki, "Surface - işinizin, oyununuzun və ünsiyyətinizin stilidir".