"TikTok", pozuntu ilə bağlı məhkəmədə cəriməni ödəməsinə baxmayaraq, xoş niyyət jesti olaraq istifadəçilərinə pul göndərməyə başlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, "TikTok" cəbhəsində gözlənilməz hadisələr inkişaf edir. Bəzi istifadəçilər bu yaxınlarda bank hesablarından gələn bildirişdən təəccübləniblər. Onların bank hesabları "TikTok"un onlara pul ödədiyini söyləyib.
"TikTok"un ana şirkəti "ByteDance", 2014-2019-cu illərdə 13 yaşından kiçik uşaqların valideynlərinin icazəsi olmadan uşaqların məxfiliyini pozduğuna və "ABŞ"ın əyalətində unikal biometrik izləmə qanununu pozduğuna görə qrup məhkəmələrində qaldırılb.
"Federal Ticarət Komissiyası" 2019-cu ildə oxşar pozuntulara görə "ByteDance"dən 5 milyon dollardan çox ödəniş alıb.
2019-cu ildən sonra, iş hələ də davam edərkən, indi bəraət almaq istəyən "ByteDance", "təqsirsizliyini qoruyub saxlamasına" baxmayaraq, 91 milyon dollarlıq razılaşmanı qəbul edib. Müqavilə çərçivəsində "TikTok" 2014-2021-ci illər aralığında istifadəçilərinə qanuni ödəniş etmək öhdəliyi imzalayıb.