Çində smartfon satışları üçüncü rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, iqtisadi böyümədəki yavaşlamanın istehlakçı tələbinə təzyiq göstərdiyini ortaya qoyan məlumatlara görə, Çində smartfon satışları üçüncü rübdə keçən ilin eyni dövründəki 78,9 milyondan 70 milyona düşüb.
"Apple" satışlarını artıran yeganə brend olub. Onun satışları 36 faiz artaraq 11,3 milyon ədədə çatıb. Üçüncü rübdə 14,1 milyon ədəd satan "Vivo", yüzdə 20 bazar payına nail olub.