"Netflix", "Spry Fox" oyun studiyasını satın alıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, dünyanın ən məşhur rəqəmsal video platformalarından biri olan "Netflix" oyun dünyasında adından söz etdirmək istəyir.
Bu məqsədlə müxtəlif addımlar atan "Netflix", "Seattle" mərkəzli "Spry Fox" oyun studiyasını satın alıb. Keçən ilin iyul ayında oyun dünyasına girəcəyini açıqlayan "Netflix", "Night School" adlı oyun studiyasını satın alıb, daha sonra öz tətbiqləri vasitəsilə istifadəçilərə kiçik oyunları yaşamaq imkanı verib. "Night School", "Next Games" və "Boss Fight Entertainment" kimi oyun studiyalarını birləşdirən "Netflix" bu ilin sentyabrında Helsinkidə oyun studiyası da qurub. "Netflix" bu yaxınlarda "Triple Town", "Alphabear" və "Cozy Grove" oyunları ilə tanınan "Spry Fox"u satın alıb. "Netflix" hələlik oyun dünyasında ümid etdiyini tapmasa da, bu sahədə yeni addımlar atmağa davam edir.